Elmir Əliyev birinci yeri tutub
Elmirin beynəlxalq yarışlarda uğur qazanmasında məşqçi-müəllimi Elnur Müzəffərovun da böyük əməyi var.

“Pəhləvan” İdman Klubunun yetirməsi Elmir Əliyev Rumıniyanın Buxarest şəhərində keçirilən güləş üzrə U-23 Avropa çempionatında birinci yeri tutub. Mübarizəyə 60 kq. çəki dərəcəsində başlayan yunan-Roma güləşçimiz ilk görüşündə türk Mert İlbarsa qalib gəlib. Həmyerlimiz yarımfinalda gürcüstanlı Dimitre Xaçidzeni üstələyib. E.Əliyev finalda israilli Melkamu Fetene üzərində qələbə qazanaraq Avropa çempionu olub.
Elmirin beynəlxalq yarışlarda uğur qazanmasında məşqçi-müəllimi Elnur Müzəffərovun da böyük əməyi var.