Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tələbələr arasında stolüstü tennis və badminton yarışları keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin idman kompleksində keçirilən badminton (kişi,qadın) üzrə yarışların da qalibləri məlum olub.

29.03.2023 12:43
21
A+
A-

Ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş XV Respublika Universiadası çərçivəsində növbəti yarışlar keçirilib.

Qeyd edək ki, tələbələr arasında stolüstü tennis üzrə yarış Bakı Ali Neft Məktəbinin idman kompleksində təşkil olunub.

Kişilər arasında keçirilən yarışda 13 komanda iştirak edib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti birinci yeri tutub. Bakı Ali Neft Məktəbi ikinci, Bakı Mühəndislik Universiteti isə üçüncü olub.

Qadınlar arasında 13 komandanın iştirak etdiyi yarışda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti fəxri kürsünün ilk pilləsində yer alıb.  İkinci yerdə Azərbaycan Dövlət İqtisad Universiteti, üçüncü sırada isə Gəncə Dövlət Universiteti qərarlaşıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin idman kompleksində keçirilən badminton (kişi,qadın) üzrə yarışların da qalibləri məlum olub. Badminton (kişilər) yarışında 7 komanda iştirak edib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Azərbaycan Tibb Universitetinin komandaları birinci yeri əldə edib. İkinci və üçüncü yerləri müvafiq olaraq Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin tələbələri bölüşüblər.

Qadınlardan ibarət 6 komandanın mübarizə apardığı yarışda isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Tibb Universiteti fərqlənərək ilk sırada qərarlaşıb. İkinci Bakı Slavyan Universiteti, üçüncü isə Azərbaycan Dillər Universiteti olub.

Xatırladaq ki, Universiadanın  proqramına şahmat, dama, voleybol, stolüstü tennis, badminton, cüdo, yunan-Roma və sərbəst güləş idman növü üzrə  yarışlar daxildir. Yarışlara martın 1-dən start verilib, artıq şahmat və dama üzrə yarışların qalibləri də məlum olub.

ETİKETLƏR:

Foto