Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Minifutbol turnirinin final mərhələsi

Turnirin gərgin və olduqca həyəcanlı keçən final mərhələsində “Təcili Tibbi Yardım” komandası 7:3 hesabı ilə “GESCO” komandasını məğlub edərək qalib olub.

29.03.2023 12:45
3
A+
A-

“Yeni Klinika” tibb müəssisəsinin Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi ilə tibb müəssisəsinin əməkdaşları arasında təşkil olunan ilk minifutbol turnirinin final mərhələsi keçirilib.

Futbol turnirinin əsas məqsədi futbol və sağlam həyat tərzinin təşviqi, idmana həvəsin artırılması və daxili kommunikasiyanın inkişafını təmin etməkdir.

Turnirin gərgin və olduqca həyəcanlı keçən final mərhələsində “Təcili Tibbi Yardım” komandası 7:3 hesabı ilə “GESCO” komandasını məğlub edərək qalib olub.

Qeyd edək ki, 2022-ci il dekabrın 17-dən startı verilən futbol turnirində müəssisənin tibb və qeyri-tibbi əməkdaşlarından ibarət “Təcili Tibbi Yardım”, “Mühasibatlıq”, “Depo”, “Elektron İdarəetmə” “Təhlükəsizlik”, “Əməliyyatxana”, “GESCO” və “Mühəndis Mexanika” komandaları mübarizə aparıb.

 

ETİKETLƏR: