Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Məzuniyyət hüququm pozulur. 2 ildir ki, işəgötürən məni məzuniyyətə buraxmır. Buna görə o, məsuliyyət daşıyırmı?

Məzuniyyət hüququm pozulur. 2 ildir ki, işəgötürən məni məzuniyyətə buraxmır. Buna görə o, məsuliyyət daşıyırmı?

23.06.2021 20:52
28
A+
A-

Məzuniyyət hüququm pozulur. 2 ildir ki, işəgötürən məni məzuniyyətə buraxmır. Buna görə o, məsuliyyət daşıyırmı?

Gülər NAĞIYEVA, Gəncə şəhəri.

 

- Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən) əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, həmin Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

İşəgötürən tərəfindən Əmək Məcəlləsin

ə uyğun olaraq işçiyə əmək məzuniyyətinin  verilməməsi qadağandır.

Məcəllənin 135-ci maddəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş qayda və məbləğdə kompensasiya ödənilir.

Əgər 2 iş ili ərzində əmək məzuniyyətindən istifadə etməmisinizsə, onda işəgötürən Sizə 135-ci maddədə göstərildiyi kimi, həmin illər üçün kompensasiya ödəməlidir.

Məzuniyyət hüququnun pozulması əmək qanunvericiliyinin pozulması hesab edilir və bu, inzibatı xəta sayılır.

İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə görə, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə-

     vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Bu yaxınlarda 5-ci uşağı dünyaya gətirdim. Müavinət almaq üçün müraciət etdim. Dedilər ki, mənə 5 uşağa görə pul düşmür. Mən nə etməliyəm?

 

Sərfinaz ƏLİYEVA, Lerik rayonu.

 

- Doğrudur, çoxuşaqlı qadınlara dövlət tərəfindən müavinət ödənilir. “Sosial müavinətlər haqqında” qanuna əsasən, həmin Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriyalı şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik pul vəsaiti ödənilir.

Lakin bu vəsait beşdən çox uşağı olan qadınlara ödənilir. Həm də bu, aylıq müavinətdir.

Qanunun 7.0.10-3-cü maddəsinə əsasən, beşdən çox uşağı olan qadınlara müavinət - beşdən çox uşağı doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərtilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda sosial müavinət verilir.

Müraciətinizlə bağlı Sizə sosial müavinət verilməməsi düzgündür. Çünki uşaqların sayı buna imkan vermiq. Uşaqların sayı 5-dən çox olmalıdır və 6-cı doğulan uşağın bir yaşı tamam olandan sonra bu müavinət üçün müraciət etmək lazımdır.

 

Hansı səbəblər məişət zorakılığının araşdırılması üçün əsasdır.

           

ETİKETLƏR: