Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ölkədə tətil və etiraz dalğası başlaya bilər

.

17.05.2023 13:28
3
A+
A-

İtaliyada makaron məhsullarının qiymətinin artması ölkədə tətil və etiraz dalğasına səbəb ola bilər. İstehlakçılar Assosiasiyası makaron məmulatlarının qiymətinin kəskin və əsassız artırılması ilə bağlı araşdırma aparılmasını tələb edib. Qiymət artımlarını araşdırmaq üçün Rəqabət Qurumuna və ICQRF-yə (Kənd-Ərzaq Məhsullarının Keyfiyyətinin Mühafizəsi və Saxtakarlığa qarşı Mərkəzi Təftiş) şikayət ərizəsi ilə müraciət ünvanlanıb.  “Qısa müddətdə qiymətlərin kəskin şəkildə düşəcəyini gözləyirik, əks halda makaron məhsulları piştaxtalarda qalacaq”,-deyə İstehlakçılar Assosiasiyasının prezidenti Furio Truzzi bildirib. O qeyd edib  ki, biz tələb və təklif qanununa əməl edəcəyik və 15 gün ərzində makaron almayacağıq. Makaron məmulatlarının qiymətləri təkcə bu il 17% artıb.

İtaliya supermarket brendlərindən biri olan “Penny İtalia”nın satınalma direktoru Pasquale Nicastro yüksək keyfiyyətli makaronlara tələbatın artdığını vurğulayıb. O deyib ki, italiyalı istehlakçılar qənaət etməyə çalışırlar, lakin qiymətə fikir verən və eyni zamanda ən keyfiyyətli məhsul əldə etmək istəyənlər də var.

 

ETİKETLƏR: