Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Naxçıvan MR Həmkarlar İttifaqları Şurasına yeni sədr seçilib

.

24.05.2023 09:47
11
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov və Qəzənfər Abdullayev Ulu Öndərin Naxçıvan şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Məclisi keçirilib. İclasda təşkilati məsələyə baxılıb, səsvermə yolu ilə Qəzənfər Abdullayev Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri seçilib.

Qeyd edək ki, Q.Abdullayev bundan əvvəl həmin qurumun Maliyyə-təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.

ETİKETLƏR: