Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Daha məhsuldar əməyə stimul verəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

24.05.2023 13:04
1
A+
A-

İclasda əvvəlcə həmkarlar ittifaqı işində fərqlənən bir qrup əməkdaşa “AHİK-30 il” Yubiley döş nişanı təqdim olundu. Mükafatçılar təbrik edildi və deyildi ki, bu mükafat bütün kollektiv üçün stimullaşdırıcı meyar olacaq, hər birimizi daha məhsuldar işləməyə həvəsləndirəcək. Döş nişanına layiq görülənlər əməklərinə verilən qiymətə görə AHİK rəhbərliyinə, xüsusi olaraq bu qurumun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə təşəkkürlərini çatdırmağı xahiş etdilər.

Sonra Respublika Komitəsinin iş planına əsasən, iclasın gündəliyinə daxil edilən məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.

ETİKETLƏR: