Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Stolüstü idman növləri üzrə yarışlar

Mayın 12-də yarışların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

24.05.2023 15:54
1
A+
A-

“Heydər Əliyev İli”  ilə əlaqədar təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Milli Arxiv İdarəsinin və Milli Arxiv İdarəsi Həmkarlar İttifaqının təşkilatçılığı ilə stolüstü oyunlar keçirilib. Şahmat və dama üzrə keçirilən oyunlarda müxtəlif yaş qruplarında olan iştirakçılar yarışıblar. Belə ki, İdarə aparatında və respublikanın dövlət arxivlərində çalışan əməkdaşlar və onların kiçikyaşlı övladları bu yarışlarda iştirak ediblər.

Mayın 12-də yarışların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Ulu Öndərin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Milli Arxiv İdarəsinin rəisi  Əsgər Rəsulov tədbiri açıq elan edərək keçirilən idman yarışı haqqında iştirakçılara məlumat verib, Ulu Öndər Heydər Əliyevin gənc nəslin sağlam yetişməsi üçün idman və bədən tərbiyəsinə göstərdiyi qayğını qeyd edib.

Daha sonra qaliblərə mükafatlar təqdim olunub.

ETİKETLƏR: