Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Beynəlxalq turnirdə beş medal qazanıblar

.

24.05.2023 16:06
11
A+
A-

Mayın 11-dən 15-dək Çexiyanın Trutnov şəhərində kadetlər, yeniyetmələr və gənclər arasında boks üzrə beynəlxalq turnir keçirilib. Yüzdən çox idmançının iştirak etdiyi turnirdə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinə daxil olan “Zenit” İdman Cəmiyyətinin dəri əlcək ustaları da mübarizə aparıblar.

Məşqçi-müəllim Ceyhun Rüstəmovun yarışda iştirak edən yetirmələri Əhəd Rüstəmli (50 kq.) və Yusif Ağakişiyev (70 kq.) ikinci, Nursultan Sultanlı (46 kq.) və Rasim Rüstəmli (63 kq.) üçüncü yeri tutublar.

Cəmiyyətin digər boksçusu, 67 kq. çəki dərəcəsində çıxış edən Rəvan Şükürov (məşqçi-müəllimi Təvəkkül Məmmədov) isə üçüncü olub.

ETİKETLƏR: