Futbol üzrə rayon birinciliyinə yekun vurulub
Yarışda iki qrup üzrə 9 komanda birinci yer uğrunda mübarizə aparıb.

Biləsuvar Rayon İcra Hakimiyyəti, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Biləsuvar Rayon Komitəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə mayın 11-də “Heydər Əliyev İli”nə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında futbol üzrə rayon birinciliyinə yekun vurulub.
Yarışda iki qrup üzrə 9 komanda birinci yer uğrunda mübarizə aparıb.
Qalib komandalar kubok, diplom və medallarla mükafatlandırılıb.