Kubok, medal və hədiyyələrlə təltif olunublar
Beynəlxalq Şahmat Federasiyasının qaydalarına uyğun olaraq keçirilən yarışda 42 nəfər iştirak edib.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinə daxil olan “Qarabağ” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə məktəbyaşlı uşaqlar arasında 28 May - Müstəqillik Gününə həsr olunmuş şahmat yarışı - IV dərəcə təsnifat turniri keçirilib. Beynəlxalq Şahmat Federasiyasının qaydalarına uyğun olaraq keçirilən yarışda 42 nəfər iştirak edib.
Birinci yeri 9 oyundan 7,5 xal toplayan Hüseyn Kərimli tutub. İkinci və üçüncü yerləri isə 9 oyundan eyni 7 xal toplayan Nihad Musayev və Uğur Hacılı bölüşüblər. 15 nəfər isə 5,5 xal yığdığı üçün IV dərəcə alıb.
Qaliblər kubok, medal, diplom, dərəcə kitabçası və hədiyyələrlə təltif olunublar.