Üçüncü yeri tutub
.

Qazaxıstan Respublikasının Astana şəhərində Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə həsr olunmuş güləş üzrə gənclər arasında (U-20) beynəlxalq turnir keçirilib.
Yunan-Roma güləşi üzrə keçirilən beynəlxalq turnirdə milli komandanın heyətində çıxış edən “Spartak” KBTİC İctimai Birliyinin Sumqayıt Şəhər Şurasının yetirməsi Rəvan Nuriyev ( məşqçi-müəllimi Sədi Quliyev) 72 kq. çəki dərəcəsində bürünc medala layiq görülüb.