Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Su innovasiyalarına məktəblilərin baxışı”

Qalib komanda üzvlərinə sertifikatlar, şagirdlərin hər birinə təşkilatların hədiyyə paketləri təqdim edilib.

31.05.2023 17:17
11
A+
A-

Mayın 25-də Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (STİRK), “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun (“Sukanal” ETLİ) və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun (METİ) birgə təşkilatçılığı ilə Şabran rayonu, Hacı Əliyev adına Dağbilici kənd tam orta məktəbində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Su innovasiyalarına məktəblilərin baxışı” layihəsinin növbəti tədbiri keçirildi.

Tədbir çərçivəsində 30 şagird və təşkilat komandası Taxtakörpü su anbarının sahə rəisi Cəlal Quliyevin müşayiəti ilə ərazidə ekskursiyada iştirakm edib. Rayonun gözəl guşəsində şagirdlər arasında interaktiv “Su oyunu” keçirilib. Qalib komanda üzvlərinə sertifikatlar, şagirdlərin hər birinə təşkilatların hədiyyə paketləri təqdim edilib.

Sonda Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti dövründə Şabran rayonunun su və torpaq ehtiyatlarından səmərəli istifadə istiqamətində görülmüş işləri əks etdirən “Məlumat lövhəsi” xatirə olaraq məktəbin direktoru Sirac Orucova təqdim edilib və xatirə şəkli çəkdirilib.

 

ETİKETLƏR: