Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ümummilli nümayiş

Bəyanatda deyilir ki, bu, sosial münaqişəyə gətirib çıxarır, çünki əhalinin əhəmiyyətli bir hissəsi böyük çətinliklər yaşayır, hətta ehtiyaclarını belə ödəyə bilmir.

31.05.2023 18:03
2
A+
A-

Mayın 26-da İtaliyada ictimai nəqliyyat və təhsil müəssisələrini əhatə edən ümummilli tətil keçirilib. Unione sindacale di base (USB) on minlərlə insanı şəhərlərin küçələrinə çıxarıb. Bu arada, həmkarlar ittifaqının məlumatına görə, nəqliyyat işçilərinin 80%-i də daxil olmaqla, bir milyona yaxın insan tətili dəstəkləyib. İşçilər iş yerlərində xəsarət və ölüm hallarının artmasına qarşı etiraz edirlər.

Bəyanatda deyilir ki, bu, sosial münaqişəyə gətirib çıxarır, çünki əhalinin əhəmiyyətli bir hissəsi böyük çətinliklər yaşayır, hətta ehtiyaclarını belə ödəyə bilmir. Bizə qarşı aparılan müharibəyə müvafiq zərbə ilə cavab veririk.

Tələblər arasında maaşların 300 avro artırılması da var. Etirazçılar “Silahlarınızı yerə qoyun və maaşları qaldırın!”, “Maaşları 300 avro artırın!” şüarları səsləndiriblər. Yürüşlər Roma, Milan, Neapol, Palermo və digər şəhərlərin mərkəzlərindən keçirdi. Genuya və Livornoda dok işçiləri tərəfindən etirazlar təşkil olunub.

Növbəti addım, həmkarlar ittifaqına görə, 24 iyun tarixində bərabərsizliyə və sosial ədalətsizliyə  qarşı milli nümayiş olacaq.

ETİKETLƏR: