Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Beynəlxalq turnirin qalibləri

Bu nəticə ilə “Zenit” İdman Cəmiyyəti komanda hesabında turnirin birincisi olub. 

01.06.2023 09:27
4
A+
A-

Bakı şəhərində Azərbaycan Güləş Federasiyasının və “Aslanov Wrestling” Güləş İdman Klubunun birgə təşkilatçılığı ilə U-12, U-15, U-17 və U-20 yaş qrupları arasında Azərbaycan çempion kəməri beynəlxalq turniri keçirilib. Turnirə Türkiyə, Rusiya, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Azərbaycanın müxtəlif bölgələrindən güləşçilər qatılıb.

Sərbəst güləş üzrə yarışlarda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinə daxil olan “Zenit” İdman Cəmiyyətinin yetirmələri İslam Kaltayev (24 kq.), Sadıq İsmayılov (27 kq.), Nurxan İsmayılov (38 kq.) və Balaxan Hüseynov (65 kq.) fəxri kürsünün birinci pilləsində yer alıblar. Sadıq İsmayılov (38 kq.), İsmayıl Aslanov (42 kq.), Azad Əsgərov (52 kq.), Uğur Ömərov ( 53 kq.), Əliağa Abdullayev (61 kq.) və Ömər Nəsibov (70 kq.)  ikinci yeri tutublar. Fərid Məlikli (38 kq.) isə üçüncü sırada qərarlaşıb.

Bu nəticə ilə “Zenit” İdman Cəmiyyəti komanda hesabında turnirin birincisi olub. 

Yarışda yer tutan idmançılara diplom, medal, idman formaları və yarışın çempionuna isə kəmər  təqdim olunub.

ETİKETLƏR: