Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yarışda uğurla çıxış ediblər

Mükafat qazanan idmançılar yarışa məşqçi-müəllimlər Amil Abdullyev, Sübhan İsmayılov, Akif Qurbanov və Fəxrəddin Nuriyevin rəhbərliyi altında hazırlaşıblar.

01.06.2023 09:59
16
A+
A-

Mayın 21-22-də Xırdalan şəhərində sərbəst güləş üzrə U-17 ( 2006-2008-ci il təvəllüdlü) və U-20 (2003-2005-ci il təvəllüdlü) yaş qrupu üzrə idmançılar arasında “Arena” İdman Klubunun açıq turniri keçirilib.

Turnirdə mübarizəyə qoşulan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinə daxil olan “Zenit” İdman Cəmiyyətinin yetirmələri Əli Hacıyev (62 kq.) birinci, Adəm Usmanov (35 kq.), Rahid Quliyev (48 kq.), Mircəlal Mirələkbərli  (48 kq.) və Cəsur Əzizli (62 kq.) ikinci olublar. Sənan Baxşıyev  (52 kq.) üçüncü sırada qərarlaşıb.

Asim Məmmədzadə (45 kq.), Şahin Qurbanlı (68 kq.), Emin Qocayev (74 kq.)  və Azay İsmayılov (97 kq.) birinci, Yusif Əhmədov isə (60 kq.) üçüncü yeri tutublar.

Mükafat qazanan idmançılar yarışa məşqçi-müəllimlər Amil Abdullyev, Sübhan İsmayılov, Akif Qurbanov və Fəxrəddin Nuriyevin rəhbərliyi altında hazırlaşıblar.

ETİKETLƏR: