Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları gəzintidə
.

Mayın 27-29-da Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Təşkilatının sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə institutun 24 nəfər əməkdaşı üçün Azərbaycanın səfalı guşələrindən olan Balakən, Zaqatala, Qax rayonlarına gəzinti təşkil edilib.
Balakəndə yerləşən “Qubek” hotelində (2 gecə, 3 gün) istirahət edən institutun işçiləri üçün turlar təşkil olunub. Tur çərçivəsində Qax rayonunun İlisu kəndində Ram Ramay şəlaləsi və XVIII əsrdə inşa olunmuş Sumuq qalasını ziyarət ediblər.