Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zenit” İC-nin yetirməsi Avropa çempionu olub

 “Zenit” İdman Cəmiyyətinin yetirməsi Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.

30.06.2021 10:18
7
A+
A-

 “Zenit” İdman Cəmiyyətinin yetirməsi Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.

70 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan sərbəst güləşçimiz T.Bayramov yarışa Almaniya idmançısı üzərində inamlı qələbə ilə start verib. Təmsilçimiz dörddəbir finalda daha əvvəl bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Bu dəfə də Ermənistan güləşçisinə qalib gələn T.Bayramov adını yarımfinala yazdırıb. Yarımfinalda gürcü rəqibini də üstələyən T.Bayramov finala yüksəlib.

Həlledici görüşdə Moldova güləşçisinə qalib gələn idmançımız Avropa çempionu olub.

Qeyd edək ki, sərbəst güləşçimiz yarışa məşqçi-müəllimi Habil İbrahimovun rəhbərliyi altında hazırlaşıb.

ETİKETLƏR: