Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Deyirlər ki, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edilə bilər. Bu hansı qaydada həyata keçirilir?

Deyirlər ki, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edilə bilər. Bu hansı qaydada həyata keçirilir?

07.07.2021 19:02
20
A+
A-

Deyirlər ki, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edilə bilər. Bu hansı qaydada həyata keçirilir?

 

Nüşabə ƏSGƏROVA, Gəncə şəhəri.

 

- Ölkə Prezidentinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 22 yanvar 2000-ci il tarixli, 265 nömrəli Fərmanına əsasən, bu müraciəti  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir. Nazirlik internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.

İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə nazirliyin yerləşdiyi yer üzrə verilir.

Ərizədə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün qanunda nəzərdə tutulmuş əsaslar, internet informasiya ehtiyatı barədə məlumatlar, məhkəməyə qədər görülmüş tədbirlər qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir.

İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

 

Əmək müqaviləsi bağlanarkən əmək kitabçası mütləq təqdim edilməlidirmi?

 

Gündüz VEYSƏLOV, Bakı şəhəri.

- Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası təqdim edir.

“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nda deyilir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

Əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır.

İşə qəbul olunan işçi əmək kitabçasını və şəxsiyyətini təsdiq edən sənədi işəgötürənə təqdim etməlidir. İlk dəfə əmək müqaviləsi bağlanarkən əmək kitabçası tələb edilmir.

Əmək kitabçasının tələb edilməməsi üçün istisnalar Əmək Məcəlləsinin 48-ci maddəsinin 3-cü hissəsində qeyd edilib. Belə ki, məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.

Qaydalarda göstərilən müddətdə işçiyə əmək kitabçasının açılmaması işəgötürənin cəzalanmasına səbəb olur.

İnzibati Xətalar Məcəlləsinin 192.7. maddəsinə əsasən, işəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə

- vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

ETİKETLƏR: