Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Səhiyyə işçilərinin əsas tələbi

Həkimlər və stomatoloqlar maaşlarının artırılmasını istəyirlər.

08.09.2023 00:54
5
A+
A-

Sentyabrın 5-də Yeni Zelandiyada həkim və stomatoloqların tətili keçirilib. Etiraz aksiyası bütün dövlət xəstəxanalarına təsir göstərib və nümayişlərdə təxminən 5500 həkim və 100 diş həkimi iştirak edib. Bundan əlavə, sentyabrın 13-də və 21-də daha iki tətil gözlənilir.

Həkimlər və stomatoloqlar maaşlarının artırılmasını istəyirlər. Səhiyyə Departamenti staj və ixtisasdan asılı olaraq 6,5%-dən 10,5%-ə qədər artım və 4000 Yeni Zelandiya dolları məbləğində birdəfəlik bonus təklif edir.

Yeni Zelandiya Tibb Mütəxəssisləri Assosiasiyasının (ASMS) prezidenti Culian Uyasın sözlərinə görə, əslində belə artım əməkhaqqının effektiv azalması deməkdir. Sahə həmkarlar ittifaqı inflyasiya ilə əlaqədar əməkhaqqının ən azı 7-8% artırılmasını və 11% kompensasiya tələb edir. Assosiasiya danışıqların nəticəsiz qalması səbəbindən ilk dəfə ümummilli tətil keçirməyə məcbur oldu. Etirazlara görə 250-dən çox tibbi əməliyyat və prosedur ləğv edilib.

İctimai Səhiyyə Agentliyinin verdiyi məlumata görə ki, təcrübəli Yeni Zelandiyalı həkimlər əlavə növbəli iş və pensiya müavinətləri də daxil olmaqla orta hesabla 318 min Yeni Zelandiya dolları qazanırlar. Öz növbəsində həmkarlar ittifaqı tərəfindən bildirilib ki, bu qədər maaş alacaq bir həkimə rast gəlməyib və bu rəqəmin haradan götürüldüyü haqqında təsəvvürləri yoxdur.

ETİKETLƏR: