Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Konfransda bir sıra qətnamə və tədbirlər  planı qəbul edilib

Konfransda bir sıra qətnamə və tədbirlər  planı qəbul edilib

14.07.2021 02:04
14
A+
A-

İyulun 5-6-da Avropanın 11 milyondan çox müəllim və digər təhsil işçisini təmsil edən təhsil işçiləri həmkarlar ittifaqı qitədə təhsil sektorunun gələcəyini müzakirə etmək üçün onlayn formatda toplaşıb. Nümayəndələr iqlim dəyişikliyi, bərabərlik və inteqrasiya, süni intellekt və rəqəmsallaşdırma sahəsi ilə bağlı fikir mübadiləsi aparıb, bir sıra tələblər irəli sürüblər. 
Konfransda Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi (ETUCE) COVıD-19-dan sonra bərpa prosesi zamanı müəllim peşəsinin mövcud və gələcək problemlərinin həlli strategiyalarını müzakirə ediblər. ETUCE-ə və onun üzv təşkilatlarına cari mandat ərzində öz iş proqramlarını həyata keçirmək üçün möhkəm əsas verən mühüm proqram sənədləri qəbul edilmişdir.
Qəbul edilmiş qətnamə və fəaliyyət planları müəllimlərin və digər təhsil işçilərinin işinə kömək edəcək və bu pandemiyadan həmkarlar ittifaqlarının potensialının daha da gücləndirilməsi və müəllimlərin hüquqları uğrunda daha fəal mübarizə aparmaq üçün imkan kimi istifadə etməyə təşviq edəcəkdir. Təhsil sektoru bərpa planlaşdırılmasında əsas rol oynamağı nəzərdə tutur və qəbul edilən strategiyalar bu səyləri dəstəkləyir.

ETİKETLƏR: