Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qanunvericilik təşəbbüslərini  bəyənməyi xahiş edirik

Qanunvericilik təşəbbüslərini  bəyənməyi xahiş edirik

14.07.2021 02:09
6
A+
A-


 “COVID-19  ilə bağlı fövqəladə vəziyyətin idarə edilməsi iş yerlərinin və müəssisələrin qorunması, əmək bazarımızın sabitliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir”. Bunu Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luka Visentini Sloveniyanın paytaxtı Lyublyanada keçirilən “EPSCO” qeyri-rəsmi toplantısında çıxışında bildirib.  
L.Visentini deyib ki, tədricən pandemiyadan çıxdığımızda, işsizliyin kəskin artımının qarşısını almaq üçün bir sıra vacib tədbirlər görülməlidir. İş yerlərinin, əməkhaqqının və əmək şəraitinin, habelə sosial müdafiə sistemlərinin möhkəmləndirilməsi üzrə fövqəladə tədbirlər davam etdirilməlidir.
Bundan əlavə, özünüməşğul və qeyri-rəsmi işçilər də daxil olmaqla, bütün işçi kateqoriyalarının əhatə dairəsini genişləndirmək lazımdır.
İş yerində bədbəxt hadisələrin artmasının və əmək şəraitinin pisləşməsinin  qarşısı alınmaqla işçilərin işə qayıtmasına nəzarət etmək lazımdır. İndi biz daha davamlı, inklüziv və ədalətli bərpanı planlaşdırmalıyıq.
Biz sərt qənaət rejiminə qayıda bilmərik, keçmişin səhvlərindən qaçmaq lazımdır.  İnsanların rifahına istiqamətlənmiş və ÜDM çərçivəsindən kənara qeyri-kafi göstərici kimi çıxan yeni iqtisadi paradiqma yaratmalıyıq. Sosial idarəetmənin iqtisadiyyatın idarə edilməsinə tam inteqrasiyasına əmin olmaq üçün artıq indidən maliyyə qaydalarının radikal islahatlarına başlamalıyıq.
Əmək nazirləri inklüziv və sosial ədalətli milli bərpa planlarının yaradılmasında mərkəzi rol oynamalıdırlar. Burada sosial hüquqların Avropa dayaqları prinsiplərinə riayət olunmalı, sosial cədvələ hörmətlə yanaşılmalı və sosial tərəfdaşların tam iştirakı təmin edilməlidir.
Davamlı bərpa ədalətli keçidə əsaslanmalıdır. Bacarıqlar iqlimi və rəqəmsal keçidi idarə etmək üçün vacibdir.
Əmin olmalıyıq ki, investisiyalar bölgədəki keyfiyyətli iş yerləri yaradır və onların pozulduğu regionda icmalar, yerli hakimiyyət orqanları və sosial tərəfdaşlar sosial dialoq vasitəsilə ədalətli keçiddə iştirak etsinlər, sosial müdafiə sistemləri isə bu prosesləri səmərəli şəkildə müşayiət etsin.
Sərmayələrin keyfiyyətli iş yerlərinin açılmasına təsirini ölçməli, sosial təhlükəsizlik şəbəkələrini gücləndirməli və qənaətə əsaslanan struktur islahatlarından çəkinməliyik, əməkhaqqını artırmaq və sosial yaxınlaşmağı inkişaf etdirməliyik.
Bu mənada biz bütün nazirlərdən Avropa İttifaqının ədalətli minimum əməkhaqqı, gender ödənişinin şəffaflığı və platform işi üzrə yeni işə başlamış qanunvericilik təşəbbüslərini dəstəkləməyi xahiş edirik.

ETİKETLƏR: