Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həkim döyüşçülər layiqli qiymətlərini aldılar

Həkim döyüşçülər layiqli qiymətlərini aldılar

14.07.2021 05:43
8
A+
A-

44 günlük Vətən müharibəsində səhiyyə işçiləri fədakar əməyi ilə əsl qəhrəmanlıq göstərmişlər. Onlar həm ön, həm də arxa cəbhədə üzərlərinə düşən vətəndaşlıq və peşə vəzifələrini şərəflə, ləyaqətlə yerinə yetirmişlər.
Bir çox səhiyyə işçisi, o cümlədən Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Şurasının sədri Rasim Maşalla oğlu Əzizov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə, Ağdaş Rayon Şurasının sədri İntiqam Əhmədiyə oğlu İbrahimov “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Həmkarlarımızı aldıqları medallar münasibətilə təbrik edir, hər birinə cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Səhiyyə İşçiləri 
Həmkarlar İttifaqı 
Respublika Komitəsi

ETİKETLƏR:

Foto