Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qarabağ fatehləri və onların övladları diqqət mərkəzində

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi nəticəsində uzun illərdən bəri düşmən əsarətində qalmış Qarabağımız doğmalarına qaytarıldı. Əziz Şuşa, biz gəldik! Cənnət Qarabağ, biz gəldik!”

14.07.2021 05:57
23
A+
A-

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi nəticəsində uzun illərdən bəri düşmən əsarətində qalmış Qarabağımız doğmalarına qaytarıldı. Əziz Şuşa, biz gəldik! Cənnət Qarabağ, biz gəldik!”
Qarabağa, onun tacı Şuşaya gələn gənclərimiz arasında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının üzvləri də az deyildi.
Bu gənclər Respublika Prezidenti tərəfindən layiqincə qiymətləndirilib, onlara dövlətimizin ali mükafatları verilib. Sahə Hİ Respublika Komitəsi həmin gəncləri, özünü torpağımızın azadlığı uğrunda fəda etmiş oğullarımızın ailələrini, övladlarını qayğısından kənarda qoymur. Şəhidlərimizi göz yaşları, qürurla xatırlayır, xatirələrini uca tutur. Ötən ay Respublika Komitəsi Azərbaycan Dövlət Filarmoniyasının Vətən müharibəsində şəhid olmuş işçilərinin övladlarının Nabranda yerləşən turist mərkəzlərində istirahətini təşkil etdi. Onları dilbər Şimal bölgəmizin səfalı, tarixi yerlərinə gəzintilərə apardı.
*
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Hüquq şöbəsinin müdir müavini, Vətən müharibəsində silaha sarılmış, mülki geyimini zabit geyimi ilə əvəzləmiş Ruslan Fəzail oğlu Bağırov Respublika Komitəsinə dəvət olundu. Respublika Komitəsinin sədri Cəmilə xanım Səttarova Ruslana dedi ki, biz səninlə fəxr edirik. Sən könüllü olaraq cəbhəyə yollandın. Qızğın döyüşlərdə iştirak etdin. Hünər göstərdin. Qarabağın işğal altında olan rayonlarının azadlığı naminə sona qədər vuruşdun. Cənab İlham Əliyevin imzası ilə aldığın 3 medal sənin qəhrəmanlığından xəbər verir.
Cəmilə xanım R.Bağırova Respublika Komitəsinin Fəxri Fərmanını təqdim etdi.
Ruslan diqqətə görə AHİK və RK rəhbərliklərinə təşəkkürünü bildirdi.

ETİKETLƏR: