Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Fikir mübadiləsi aparıldı, tələblər irəli sürüldü

Konfransda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Hümbət Nağıyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov da iştirak ediblər.

14.07.2021 06:05
33
A+
A-

Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin onlayn formatda keçirilən növbədənkənar iclasında qitədə təhsil sektorunun gələcəyi müzakirə olunub. 
11 milyondan çox təhsil işçisini təmsil edən təhsil işçiləri həmkarlar ittifaqı iqlim dəyişikliyi, bərabərlik və inklüzivlik, süni intellekt və rəqəmsallaşdırma mövzularında fikir mübadiləsi aparıb, bir sıra tələblər irəli sürüblər. 
Həmçinin Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luka Visentininin, Beynəlxalq Təhsil Birliyinin Baş katibi David Edvardsın, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Larri Flanaqanın, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin direktoru Susan Flokenin, Avropa Komissiyasının Təhsil, Gənclər, İdman və Mədəniyyət Məsələləri üzrə Baş direktoru Temis Kristofidounun və digərlərinin çıxışları dinlənilib. 
Konfransda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Hümbət Nağıyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov da iştirak ediblər.

ETİKETLƏR: