Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Vitse-prezidentə mükafat təqdim olundu

Tədbirdə “Xidmət-İş” Hİ Federasiyasının aparat işçiləri iştirak edirdilər.

14.07.2021 06:08
8
A+
A-

“Həmkarlar ittifaqı işçisi onda nüfuz sahibi olur ki, sözü ilə əməli bir-birini tamamlasın. Fəaliyyətində ədalət prinsipini əsas götürsün. Daim öz üzərində işləsin, peşəkarlığını artırmaq qayğısına qalsın”.
Bu sözləri “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının prezidenti İlyas Əliyev Federasiyanın vitse-prezidenti Xəyyam Nəsibova “Azərbaycan Həmkarlar İttifaqları - 115 il” Yubiley döş nişanını təqdim edərkən dedi. Bildirdi ki, bütün bu keyfiyyətlər X.Nəsibovda var. O, Federasiyada çalışdığı müddətdə yüksək təşkilatçılıq bacarığı və təşəbbüskarlığı ilə özünü əsl həmkarlar ittifaqı lideri kimi təsdiq edə bilib.
Xəyyam müəllim mükafata görə “Xidmət-İş”in və AHİK-in rəhbərliyinə təşəkkür etdi: “Bu yubiley döş nişanı bir daha xatırladır ki, biz 115 il çətin, şərəfli yol keçib günümüzə gəlib çatmış əzmkar bir təşkilatın varisləriyik. Biz sələflərimizin qoyduğu ənənələrə sadiq qalaraq təşkilatımızı dövrün tələbləri səviyyəsində qurmalı və gələcək nəslə ötürməliyik.
Mən buna əminəm. Çünki bu təşkilatın sükanı arxasında çox ləyaqətli, zəngin təcrübəyə malik, insanlara qarşı həssas, vətənpərvər bir lider - millət vəkili, professor Səttar Möhbalıyev durur. Biz hamımız onun məktəbini keçmişik. Ondan öyrənmişik. Onun etimadını da doğrultmaq hər birimizin borcu və vəzifəsidir”.
Tədbirdə “Xidmət-İş” Hİ Federasiyasının aparat işçiləri iştirak edirdilər.

ETİKETLƏR: