Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qalib müəssisə mükafatlandırıldı

Qalib müəssisə mükafatlandırıldı

14.07.2021 06:14
13
A+
A-

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda keçirilən müsabiqədə qalib gəlmiş “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsinin əməkdaşları mükafatlandırılıblar.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Eyvaz Əsgərov müsabiqənin və qazanılan uğurun əhəmiyyəti barədə ətraflı məlumat verib.
“Naxçıvan Dəmir Yolları” MMC-nin direktoru Mahir Əliyev çıxışında dəmir yollarının təhlükəsizliyi sahəsində görülən işlərdən danışıb, yaradılan hərtərəfli şəraitə görə dövlətimizə minnətdarlıq edib. Bildirilib ki, bu gün muxtar respublikada bütün müəssisə, təşkilat, xidmət və istehsal sahəsində əməkçi insanlar üçün münbit iş şəraiti yaradılıb. “Naxçıvan Dəmir Yolları” MMC Təhlükəsizlik İdarəsi üzrə də sağlam həyat, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi istiqamətində bir çox səmərəli tədbirlər reallaşdırılır.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov bildirib ki, əməyin mühafizəsi və təhlükəsizliyi şuranın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Tədbirlər planına uyğun olaraq Şura əməkdaşları mütəmadi ilk təşkilatlara, xüsusilə əməyin mühafizəsinə ciddi ehtiyac duyulan müəssisələrə gedir, əməli kömək göstərir, maarifləndirici tədbirlər keçirirlər.
A.İbrahimov qeyd edib ki, “Naxçıvan Dəmir Yolları” MMC-nin Təhlükəsizlik İdarəsi 2020-ci il üçün nəzərdə tutulan müsabiqədə fəal iştirak edib, təşkilatın fəaliyyətini əks etdirən sənədlər Şura tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına göndərilib. Konfederasiyanın qərarına əsasən, həmin idarə müsabiqənin qalibi elan edilib.
Təhlükəsizlik İdarəsinin kollektivini təbrik edən Anar müəllim sağlam və təhlükəsiz əmək şəraitinin formalaşması üçün yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təşəkkürünü bildirib.
Sonra qalib müəssisəyə Azərbaycan Hə mkarlar İttifaqları Konfederasiyasının Fəxri diplomu və qiymətli hədiyyə, bir qrup əməkdaşa isə Şuranın Fəxri Fərmanı və pul mükafatı verilib.
İdarənin rəisi Səxavət Kazımov verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlıq edib, dəmir yolları sahəsində sağlam və təhlükəsiz əmək şəraitinin formalaşması üçün bundan sonra da səylə çalışacaqlarını diqqətə çatdırıb.

ETİKETLƏR: