Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Pandemiya qadınların məşğulluğuna daha çox təsir edib

2021-ci ildə dünyada əmək qabiliyyətli yaşda olan qadınların yalnız 43,2 faizi əmək qabiliyyətli yaşda olan kişilərin 68,6 faizinə nisbətən işlə təmin ediləcəkdir.

28.07.2021 19:23
27
A+
A-

Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə, COVID-19 pandemiyası zamanı əmək sahəsində qadın və kişilər arasında artan bərabərsizlik yaxın gələcəkdə də davam edəcək.

Yeni analitik hesabat göstərir ki, 2021-ci ildə işləyən qadınların sayı 2019-cu ildə olduğundan  daha 13 milyon azalacaq, kişilərin məşğulluğu isə 2019-cu ildəki səviyyədə qalacaq. 2021-ci ildə qadınların iş yerlərinin proqnozlaşdırılan artımı kişilər üçün analoji göstəricidən çox olsa da, bu, qadınların pandemiyaya qədər məşğulluq səviyyəsinə qaytarılması üçün kifayət etməyəcəkdir.

2021-ci ildə dünyada əmək qabiliyyətli yaşda olan qadınların yalnız 43,2 faizi əmək qabiliyyətli yaşda olan kişilərin 68,6 faizinə nisbətən işlə təmin ediləcəkdir.

“Ədalətin qurulması” haqqında  BƏT-in qısa qeydi (COVID-19-dan sonra bərpa əsasında qadınların iş və əmək fəaliyyəti hüquqları)  göstərir ki, qadınlar ən çox zərər çəkmiş sektorlarda, məsələn, mənzil və ictimai qidalanma, eləcə də istehsal sektorunda qeyri-mütənasib olaraq daha çox iş və gəlir itirirlər.

Qlobal miqyasda 2019-2020-ci illər aralığında qadınların məşğulluğu 4,2 faiz azalmışdır ki, bu da 54 milyon iş yerinin itirilməsidir.

Hesabatda deyilir ki, bütün bölgələr eyni şəkildə zərər görməyib. Şimali və Cənubi Amerikada pandemiya nəticəsində qadınların məşğulluğunun ən böyük azalması baş vermişdir (9,4 faiz). İkinci ən böyük azalma ərəb dövlətlərində çalışan qadınların sayında müşahidə olunub. 2019-2020-ci illlərdə bu ölkələrdə qadınların məşğulluğu 4,1 faiz, kişilərin məşğulluğu isə 1,8 faiz azalıb.

Asiya-Sakit Okeanı  regionunda pandemiya kişilər ilə (2,9 faiz) müqayisədə qadınların məşğulluğunun 3,8 faiz azalmasına səbəb olub. Avropada və Mərkəzi Asiyada qadınların məşğulluğu kişilər ilə müqayisədə daha çox aşağı düşüb.

Afrikada kişilərin məşğulluğu bütün coğrafi bölgədə  0,1 faiz (2019-cu ildən 2020-ci ilə qədər olan dövrdə), qadınların məşğulluğu isə 1,9 faiz azalıb.

Pandemiya zamanı  iş itkisinin qarşısının alınması üçün tədbirlər görmüş ölkələrdə qadınların vəziyyəti xeyli yaxşılaşıb.

Məsələn, Çili və Kolumbiyada əməkhaqqına subsidiyalar yeni işçilərə tətbiq edildi, subsidiyaların miqdarı qadınlar üçün daha yüksək idi. Seneqalda qadın sahibkarlara möhkəm dəstək verildi. Digər hallarda, məsələn, Meksika və ya Keniyada kvotalar qadınların ictimai məşğulluq proqramlarında iştirakını təmin etmək üçün müəyyən edilmişdir.

Qısa şərhdə qeyd olunur ki, irəliyə doğru atılmış addım daha ədalətlidir . Və bu o deməkdir ki, gender bərabərliyi gender aspektlərini nəzərə alan strategiyaların bərpası üzrə səylərin mərkəzində olmalıdır və tətbiq olunmalıdır. Bunlara aşağıdakılar daxildir:

-səhiyyə, sosial iş və təhsil sektorları qadınlar üçün əhəmiyyətli iş yerləri olduğu üçün qayğı sektoruna investisiya qoyulmalıdır, bu, qadın və kişilər arasında vahid bölgünün formalaşdırılmasına kömək edə bilər;

-sosial müdafiənin əhatə dairəsində mövcud gender fərqinin azaldılması məqsədilə hamı üçün hərtərəfli, adekvat və davamlı sosial müdafiəyə ümumi girişin təmin edilməsi üzrə iş;

-bərabər dəyərli əmək üçün bərabər ödəniş təşviqi;

-əmək sahəsində zorakılığın və təcavüzün aradan qaldırılması. Pandemiya zamanı məişət zorakılığı, iş yerində gender zorakılığı və şiddət kəskinləşib ki, bu da qadınların ödənişli işə malik olma imkanlarını daha da zəiflədib;

-qərarların qəbul edilməsində, sosial dialoqda və sosial tərəfdaş institutlarında qadınların iştirakına yardım.

ETİKETLƏR: