Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat və dama yarışları

II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat və dama yarışları

28.07.2021 19:32
12
A+
A-

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin təşkilatçılığı, Təhsil Şöbəsinin dəstəyi ilə II Qarabağ müharibəsinin şəhidlərinin xatirəsinə həsr olunmuş Şəki rayonunun təhsil işçiləri arasında şahmat və dama üzrə şəhər birinciliyi keçirilmişdir.

74 nəfər təhsil işçisinin iştirakı ilə keçirilən şahmatçılar arasında yarışlarda şəhər 7 nömrəli tam orta məktəbin müəllimi Asif Nağıyev fərqlənmişdir. Damaçıların qarşılaşmasında isə 5 nömrəli şəhər tam orta məktəbin dərs hissə üzrə direktor müavini Rufət Bəkirov birinci yeri tutmuşdur. Qaliblər, yarışlarda fərqlənən iştirakçılar, hakimlər heyəti rayon komitəsinin, rayon təhsil şöbəsinin Fəxri fərmanları ilə təltif olunmuş və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

ETİKETLƏR: