Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Cocu Səmədov dünya üçüncüsü olub

“Məhsul” İdman Cəmiyyətinin yetirməsi Cocu Səmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən yunan-Roma üzrə yeniyetmə güləşçilərin dünya çempionatında bürünc medal qazanıb.

28.07.2021 19:40
33
A+
A-

“Məhsul” İdman Cəmiyyətinin yetirməsi Cocu Səmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən yunan-Roma üzrə yeniyetmə güləşçilərin dünya çempionatında bürünc medal qazanıb.

80 kq. çəki dərəcəsində çıxış edən Cocu Səmədov ilk görüşdə Belarus təmsilçisinə qalib gəlib. Sonrakı qarşılaşmada ABŞ idmançısından da üstün olaraq yarımfinala yüksəlib. Bu mərhələdə gürcü rəqibinə uduzan həmyerlimiz ümidini bürünc medala bağlayıb. Həlledici qarşılaşmada qazaxıstanlı güləşçiyə qalib gələrək dünya üçüncüsü olub. Cocu Səmədov yarışlara məşqçi-müəllimi İslam Cəfərovun rəhbərliyi altında hazırlaşıb.

ETİKETLƏR: