Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Tokio-2020”də üçüncü bürünc medalımız

Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.

04.08.2021 20:11
7
A+
A-

Azərbaycanın Olimpiya komandası “Tokio-2020”nin 12-ci günündə daha bir bürünc medal qazanıb. Komandamızın aktivinə üçüncü bürünc medalı yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıb. 77 kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız bürünc medal uğrunda qarşılaşmada Ermənistan idmançısı Karapet Çalyanı 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Digər bürünc medalları isə qadın cüdoçumuz İrina Kindzerska (+78 kq.) və boksçumuz Alfonso Dominges (81 kq.) qazanıblar.

Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.

ETİKETLƏR:

Foto