Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yay tətilini keçirə bilməyən insanlar

Ən pis vəziyyətin hökm sürdüyü Yunanıstanda yoxsulluq riski həddində yaşayan insanların 88,9 faizi, Rumıniyada 86,8 faizi, Xorvatiyada  84,7 faizi, Kiprdə 79,2 faizi və Slovakiyada 76,1 faizi bu imkanlardan məhrumdur. 

04.08.2021 20:21
7
A+
A-

Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) Avropa Birliyinin (AB) əməkhaqqı direktivinin gücləndirilməsi kampaniyası fonunda apardığı araşdırma göstərdi ki, yoxsulluq səviyyəsinə görə əməkhaqqı alan işçilər, yay tətilini keçirə bilməyən 35 milyon yoxsul avropalı sırasındadır.

Son on il ərzində məzuniyyətə çıxma imkanı artsa da, aşağıgəlirli ailələrin əksəriyyəti hələ də istisna təşkil edir. Ümumiyyətlə, AB vətəndaşlarının 28 faizinin evdən kənara birhəftəlik məzuniyyət götürmə imkanı yoxdur. Bu say yoxsulluq riski həddindən (orta səviyyənin 60 faizi) aşağı olan insanlar üçün 59,5 faizə qədər artır.

Ən pis vəziyyətin hökm sürdüyü Yunanıstanda yoxsulluq riski həddində yaşayan insanların 88,9 faizi, Rumıniyada 86,8 faizi, Xorvatiyada  84,7 faizi, Kiprdə 79,2 faizi və Slovakiyada 76,1 faizi bu imkanlardan məhrumdur. 

Belə kateqoriyadan olan insanların sayı İtaliyada 7 milyon, İspaniyada  4,7 milyon, Almaniyada 4,3 milyon, Fransada 3,6 milyon və Polşada 3,1 milyon nəfərə çatır.

Gəlirləri orta səviyyədən aşağı olan əksər avropalılar işsiz və ya pensiyaçılardır, lakin bu qrupa milyonlarla azmaaşlı işçi, xüsusilə də qanunla müəyyən edilmiş minimum əməkhaqqı qazananlar daxildir. Qanunla müəyyən edilmiş minimum əməkhaqqı  Avropa İttifaqına üzv olan 16 ölkədə işçiləri yoxsulluq riskinə məruz qoyur.

 ETUC və ETUİ  tərəfindən həyata keçirilən “Eurostat” məlumatlarının təhlili göstərir ki, son on ildə məzuniyyətlərin bərabərsizliyi 16 üzv dövlətdə gəlirləri orta səviyyənin 60 faizindən aşağı olanlar və gəlirləri bu həddən yuxarı olanlar arasında artmışdır. Məsələn, Rumıniyada yoxsulluq riski ilə yaşayan insanların 86,8 faizi orta gəlirli insanların 46,7 faizi ilə müqayisədə istirahət hüququndan istifadə edə bilməyib.

Tətil günlərində iki qrup arasında ən böyük fərq Xorvatiyada, Yunanıstanda, Bolqarıstanda, Çexiyada, Fransada və Rumıniyada müşahidə olunur.

ETUC məzuniyyət bərabərsizliyini vurğulayır. Və minimum əməkhaqqının orta əməkhaqqının 60 faizindən və hər hansı bir üzv dövlətin orta əməkhaqqısının 50 faizindən az olmayaraq ödənilməsini təmin etmək üçün qanunvericiliyə dəyişiklik edilməsi məqsədilə Avropa Parlamenti deputatları ilə birgə iş aparır.

ETUC Baş katibinin müavini Ester Linç deyib ki, tətil etmək yalnız seçilmişlər üçün dəbdəbə olmamalıdır. Bir çox işçilər öz dostları və ailəsi ilə istirahət etdiyi halda, milyonlarla insan aşağı əməkhaqqı səbəbindən bu imtiyazdan məhrum olur.

Tətil bərabərsizliyinin artması göstərir ki, son onillikdə Avropada iqtisadi artımın faydaları ədalətsiz şəkildə paylanmışdır.

AB-nin kifayət qədər minimum əməkhaqqı direktivi gücləndirilməlidir ki,  əməkhaqqı aşağı olmasın, işçilər yoxsulluq içində yaşamasın və kollektiv danışıqlar hər kəs üçün həqiqətən ədalətli əməkhaqqını təmin etmək məqsədilə məşğulluğun adi bir hissəsinə çevrilsin.