Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Su sərvətdir.

Qənaət etməyi öyrənək”

04.08.2021 20:37
11
A+
A-

İyulun 30-da Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi, “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin tərəfdaşlığı və Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Su sərvətdir. Qənaət etməyi öyrənək” adlı layihənin bağlanış toplantısı keçirildi.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Pərvanə Xıdırova Azərbaycan Respublikasının Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirdi. Layihənin əsas məqsəd və hədəflərindən söz açdı. Sonra çıxış edən təşkilatçılar layihə rəhbərini təbrik edərək bu kimi layihələrin gənclər və cəmiyyət üçün önəmini vurğuladılar. Layihə təlimçisi Xəyalə Məmmədovaya təşkilat komitəsi tərəfindən göstərdiyi dəstəyi üçün “Təşəkkürnamə” təqdim olundu. Sonda iştirakçılara və tərəfdaşlara sertifikatlar verildi.

ETİKETLƏR: