Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid övladları üçün “Açıq qapı günü”

İyulun 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə nazirliyin Akademiyasında Vətən müharibəsi şəhidlərinin övladları üçün “Açıq qapı günü” keçirilib.

04.08.2021 20:40
11
A+
A-

İyulun 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə nazirliyin Akademiyasında Vətən müharibəsi şəhidlərinin övladları üçün “Açıq qapı günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, FHN İşçilərinin Həmkarlar İttifaqının dəstəyi, nazirliyin ictimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, nazirliyin ictimaiyyətlə əlaqə idarəsinin rəis müavini, polkovnik Məhbubə Mustafayeva, Müdafiə, Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə uşaqların Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub.

FHN-in Akademiyasında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Daha sonra uşaqlar Akademiyanın nəzdində olan Heydər Əliyev Mərkəzi və Muzey, texnika və avadanlıqla, eyni zamanda FHN-in İdman-Sağlamlıq Klubu ilə tanış olublar. Həmçinin uşaqlarla maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Nazirliyin psixoloqu şəhid övladlarının fövqəladə hallar zamanı davranış qaydalarını daha yaxından mənimsəmələri məqsədilə onlar üçün intellektual oyunlar təşkil edib.

Tədbirin sonunda uşaqlara hədiyyələr və FHN İşçilərinin Həmkarlar İttifaqının Fəxri fərmanları təqdim olunub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır. FHN uşaqların fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi işlərinin aparılması məqsədilə mütəmadi olaraq tədbirlər, yarış və müsabiqələr keçirir, sosial videoçarxlar hazırlayaraq KİV vasitəsilə yayır.

ETİKETLƏR: