Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Atam müharibə veteranı olub, müharibədə iştirak etməsə də, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyi ilə fərqlənib. Rəhmətə gedib. Eşitmişəm ki, onun övladları gəlir vergisindən azad olmalıdır. Bu, doğrudurmu?

Atam müharibə veteranı olub, müharibədə iştirak etməsə də, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyi ilə fərqlənib. Rəhmətə gedib. Eşitmişəm ki, onun övladları gəlir vergisindən azad olmalıdır. Bu, doğrudurmu?

18.08.2021 20:56
18
A+
A-

Atam müharibə veteranı olub, müharibədə iştirak etməsə də, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyi ilə fərqlənib. Rəhmətə gedib. Eşitmişəm ki, onun övladları gəlir vergisindən azad olmalıdır. Bu, doğrudurmu?

Məhəmməd VƏLİYEV, Lənkəran şəhəri.

 

- Vergidən azad olmalar Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 102.2.5. maddəsində həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının  hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılması nəzərdə tutulmuşdur. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin yalnız özlərinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılması öz əksini tapmışdır. Onların övladlarının vergi tutulmalı olan aylıq gəlirinin azaldılması barədə Məcəllədə heç bir müddəa yoxdur.

 

Deyirlər ki, karantin qaydalarının pozulmasına görə cərimə nəzərdə tutulub. Bu hansısa qanunda nəzərdə tutulubmu?

Sərvər İBADOV, Daşkəsən rayonu.

 

- Bəli, karantin rejiminin pozulmasına görə qanunvericilikdə müxtəlif cəza tədbirləri nəzərdə tutulubdur. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına qanunvericilikdə işin hallarindan asılı olaraq, cərimə, inzibati həbs, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə cəzalandırma təsbit edilmişdir. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına İzibati Xətalar Məcəlləsində 211-ci, Cinayət Məcəlləsində isə 139-1-ci maddəsi həsr edilibdir.

Cinayət Məcəlləsinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması maddəsinə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda -

iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -

üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinin isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsinə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -

fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə -fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

 

Müəssisədə kollektiv əmək mübahisəsinin həll edilməsi üçün hansısa başqa üsuldan istifadə etmək olurmu?

 

Şəmsi FƏTULLAYEVA, Göyçay rayonu.

 

- Bəli, Əmək Məcəlləsinin 40-cı fəsili bu məsələyə həsr edilib. Həmin fəslin tələbinə görə, kollektiv əmək mübahisəsinin həll edilməsi üçün barışdırıcı üsullardan istifadə oluna bilər. Bura razılaşdırıcı komissiya, vasitəçi, əmək arbitrajı aiddir.

Tərəflər bu üsullardan birindən və ya hamısından, yaxud mübahisənin daha tez həllinə səbəb ola biləcək digər üsuldan istifadə edilməsi barədə öz aralarında razılığa gələ bilərlər. Əldə edilmiş razılıq protokolla rəsmiləşdirilir.

Tərəflərin nümayəndələri, razılaşdırıcı komissiya, vasitəçi, əmək arbitrajı kollektiv əmək mübahisəsinin tez və ədalətlə həlli üçün bütün imkanlardan istifadə etməyə borcludurlar.

ETİKETLƏR: