Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Elmir bürünc medal qazanıb

Qeyd edək ki, Elmir yarışlara respublikanın “Əməkdar məşqçisi” Elnur Müzəffərovun rəhbərliyi altında hazırlaşıb.

25.08.2021 11:00
23
A+
A-

“Pəhləvan” İdman Klubunun yetirməsi Elmir Əliyev Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında keçirilən dünya çempionatında bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə millimizin heyətində yer alan Elmir 55 kq. çəki dərəcəsində mübarizə aparıb. Üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisinə qalib gələrək dünya çempionatının bürünc medalını boynundan asıb.

Qeyd edək ki, Elmir yarışlara respublikanın “Əməkdar məşqçisi” Elnur Müzəffərovun rəhbərliyi altında hazırlaşıb.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə millimizin gənc güləşçiləri yarışda  4 medal qazanıblar. Həsrət Cəfərov (67 kq.) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Sərxan Məmmədov (130 kq.) gümüş, Elmir Əliyev (55 kq.) və Nihat Məmmədli (60 kq.) isə bürünc medal əldə ediblər.

Yekunda 101 xal toplayan millimiz komanda hesabında dünya 3-cüsü olub. Rusiya (183) birinci, İran (130) isə ikinci yeri tutub.

ETİKETLƏR: