Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əlavə təhsil nədir? Mətbuatda bu ifadəyə tez-tez rast gəlirik. Onun barəsində məlumat verməyinizi xahiş edirəm.

Əlavə təhsil nədir? Mətbuatda bu ifadəyə tez-tez rast gəlirik. Onun barəsində məlumat verməyinizi xahiş edirəm.

01.09.2021 10:14
89
A+
A-

Əlavə təhsil nədir? Mətbuatda bu ifadəyə tez-tez rast gəlirik. Onun barəsində məlumat verməyinizi xahiş edirəm.

Kərəm HƏSƏNLİ, Quba rayonu.

 

- “Təhsil haqqında” qanuna əsasən, əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.

Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:

- ixtisasartırma;

- kadrların yenidən hazırlanması;

- stajkeçmə və kadrların təkmilləşdirilməsi;

- təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili;

- dərəcələrin yüksəldilməsi;

- yaşlıların təhsili.

Əlavə təhsilin məzmunu və təşkili qaydaları xüsusi təhsil proqramlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrdə həyata keçirilir.

Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sənəd verilir. İxtisasartırma kurslarını bitirmiş şəxslər barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir.

 

Vergi ödəyicisi olmayan fiziki şəxslərdən hansı mallar nağd alına bilər?

 

Ruslan MƏMMƏDOV, Bakı şəhəri.

 

- Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

- kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

- əlvan və qara metal qırıntılarının qəbulu;

- utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

- utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;

- xam dərinin tədarükü (alışı).

- əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əməkhaqları (o cümlədən işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlarda nəzərdə tutulmuş hesablaşmalar əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir.

 

Qardaşım müəllim işləyirdi. Ağır cinayət törətdiyinə görə həbs edilmişdi. Cəzasını çəkib qurtarsa da, məhkumluğu götürülməyib deyə müəllim işləyə bilmir. Bu, düzgündürmü? Başqa kimlər müəllim işləyə bilməz?   

 Lətifə SƏFƏROVA, Bakı şəhəri.

 

- “Təhsil haqqında” qanunun 36-1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

Lakin ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Bundan başqa, aşağıdakı şəxslər də pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;

- fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər.

Qeyd edilənlərdən başqa, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə  məşğul ola bilməz.

ETİKETLƏR: