Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Ötən 20 ildə Azərbaycanın keçdiyi inkişaf yolu”

Tədbirdə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və əməkdaşları iştirak ediblər.

18.10.2023 12:10
9
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar yığıncaq keçirilib.

Tədbirdə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və əməkdaşları iştirak ediblər.

Geniş məruzə ilə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu demokratik siyasi fəaliyyətindən, son 20 ildə Azərbaycanın dinamik və davamlı inkişaf tarixindən, xalqın xoşbəxt və firavan həyatını təmin edən bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə həyata keçirilmiş islahatlardan söz açıb (çıxışın tam mətni qəzetimizin 2-ci səhifəsində dərc olunub).

Tədbirdə həmçinin Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, YAP Həmkarlar İttifaqı Komitəsinin sədri Məhəmməd Məhərrəmov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə və digərləri çıxış edərək Prezident İlham Əliyevin dövləti idarə etmək məharətindən, şəxsi keyfiyyətlərindən, qəbul etdiyi bütün qərarlarda milli maraqlarımızı əsas tutmasından, eləcə də xalqa misilsiz xidmətlərindən danışıblar.

Tədbirin sonunda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar AHİK-in Bəyanatı oxunub.

ETİKETLƏR: