Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sosial Ədalət Uğrunda

Qlobal Koalisiyanın yaradılması

06.11.2023 16:27
5
A+
A-

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Rəhbərlik Şurası Sosial Ədalət Uğrunda Qlobal Koalisiyanın yaradılması təklifini qəbul edib.

Koalisiya çoxtərəfli əməkdaşlığı və tərəfdaşlığı genişləndirəcək, sosial ədalətin qorunmasında əsas rol oynayacaq.

Qlobal koalisiyanın məqsədi siyasi öhdəlikləri və investisiyaları artırmaq, həmçinin milli prioritetləri dəstəkləməklə sosial ədalət və layiqli iş təmin etmək üçün konkret fəaliyyəti  təşviq etməkdir. Koalisiya BƏT-in üçtərəfli iştirakçılarını - hökumətləri, işçiləri və işəgötürən təşkilatlarını, beynəlxalq və regional təşkilatları, o cümlədən beynəlxalq maliyyə qurumlarını, müəssisələri, akademiyaları və qeyri-hökumət təşkilatlarını birləşdirəcək.

Koalisiyaya qoşulmaq tərəfdaşlara mandatlarında sosial ədalətin aspektlərini daha yaxşı başa düşməyə imkan verəcək. Birgə səylər daha böyük təsir və miqyas əldə etməyə imkan yaradır, başqa cür fərdi şəkildə əldə edilə bilməyəcək nəticələr verir. Məsələn, səhiyyə xidmətinə çıxışın yaxşılaşdırılması, keyfiyyətli təhsil, layiqli iş, işçilər və onların ailələri üçün iş imkanlarının, qidalanma və təhsilin yaxşılaşdırılmasına gətirib çıxarır.

Rəhbərlik Şurası həmçinin Baş direktordan Sosial Ədalət Uğrunda Qlobal Koalisiyanın gələcək inkişafı zamanı bir sıra tövsiyələri nəzərə almağı xahiş edib. Üzvlər həmçinin ondan Rəhbərlik Şurasının gələcək sessiyalarında Koalisiyanın işinin gedişi haqqında mütəmadi olaraq hesabat verməsini xahiş ediblər.

BƏT-in Baş direktoru Gilbert F.Houngbo bildirib ki, indi biz hamının əsas tərəfdaşları səfərbər etmək və sosial ədaləti təşviq etmək səylərinə ümid edirik. Koalisiyanın işə başlaması zərurəti getdikcə aktuallaşır. Hələ görüləsi çox işimiz var və əminəm ki, daha yüksək nəticələr əldə edə bilərik.

ETİKETLƏR: