Ərzaq məhsullarının dəyəri sürətlə artır
Avropa Mərkəzi Bankının məlumatına görə, ərzaq qiymətlərinin artması kənd təsərrüfatı sektorunda böyük mənfəət artımı ilə eyni vaxtda baş verib.

“Eurostat”ın bir neçə gün əvvəl dərc edilən məlumatı göstərir ki, əsas ərzaq məhsullarının qiyməti maaşlardan fərqli olaraq sürətlə artmaqdadır.
Zeytun yağının qiyməti 2021-ci ilin yanvar ayı ilə müqayisədə 75 faiz bahadır, eyni zamanda kartofun (53 faiz), yumurtanın (37 faiz) və kərə yağının (27 faiz) qiymətlərində də artımlar olub.
Amma son üç ildə nominal əməkhaqqı Avropa İttifaqında 11%, Avrozonada isə 10% artıb.
Avropa Mərkəzi Bankının məlumatına görə, ərzaq qiymətlərinin artması kənd təsərrüfatı sektorunda böyük mənfəət artımı ilə eyni vaxtda baş verib.
Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Ester Linç deyib ki, Bugünkü rəqəmlərin arxasında duran reallıq ondan ibarətdir ki, milyonlarla insan ağır işlərdə uzun saat işləməsinə baxmayaraq, özləri və ya ailələrinin gündəlik ərzaq məhsullarına olan tələbatını ödəməkdə çətinlik çəkir.
Dəlillər göstərir ki, iri şirkətlər qiymət artımından böyük qazanc əldə edir. Mənfəət artımına görə, aqrar sahə enerji sektorundan sonra ikinci yerdədir.
Kənd təsərrüfatında çalışanların, eləcə də digər sahələrdə işləyənlərin əməkhaqları hələ də ən əsas ərzaq məhsullarını almağa çatmır və getdikcə daha çox işləyən insanı ərzaq banklarına etibar etməyə məcbur edir.
Liderlər artıq mənfəətə görə gəlir vergisi tətbiq etməklə inflyasiyanın əsl səbəbini aradan qaldırmalıdır və işçilərin kollektiv sövdələşmə hüququna riayət olunmasını təmin etməlidirlər. Avropaya maaş artımı lazımdır.