“Kıbrıs türklərinin dünəni, bu günü və sabahı”
.

Noyabr ayının 9-10-da Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin dəstəyi və təşkilatçılığı ilə Şimali Kıbrıs Türk Cümhuriyyətinin yaranmasının 40-cı ildönümü ilə əlaqədar “Kıbrıs türklərinin dünəni, bu günü və sabahı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Kıbrısın mərkəzi Lefkoşa şəhərində baş tutan tədbirdə Türk Egitim Senin Baş katibi Talib Geylan, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Şimali Kıbrıs Türk Cümhuriyyətinin Məclis başkanı Zorlu Töre, Baş naziri Ünal Üstel, Türkiyə Respublikasının bu ölkədəki səfiri Metin Feyzioğlu, Şimali Kıbrıs Türk Cümhuriyyətinin Təhsil naziri Nazım Çavuşoğlu, Əmək və sosial məsələlər naziri Sadık Qardiyanoğlu, İqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu, millət vəkilləri, Türksoyun Baş katibinin müavini Sayit Yusuf, Türk Egitim Senin Baş katibinin müavinləri Çengiz Kocakaplan, Seyit Ali Kaplan, Orhan Kutuk, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Aygül Mukaşeva, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Baktikul Tınıbekova, Kıbrıs Türk Memur Senin Baş katibi Akın Manqa, Şimali Makedoniya Üfüq Dərnəyinin Baş katibi Elvin Həsən, Kosova Türk Ögretmenler Dərnəyinin Baş katibi Erol Kala və Rumıniya Türk-Tatar əsilli Ögretmenler Dərnəyinin Baş katibinin müavini Vildan Bormambet iştirak ediblər.
Konfransda “Kıbrıs türklərinin dünəni, bu günü və sabahı” mövzusunda çıxışlar dinlənilib. Sonra konfrans iştirakçıları və qonaqlar Lefkoşanın mərkəzində ucaldılan Türk Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anım günü ilə əlaqədar heykəli önündə təşkil olan tədbirə qatılmış, elə həmin gün Şimali Kıbrıs Türk Cümhuriyyətinin Əmək və sosial məsələlər üzrə nazirinin qəbulunda olublar.
Növbəti gün Şimali Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin üzvlərini qəbul edib, onlarla səmimi söhbət aparıb.
İki gün davam edən tədbirdə qonaqlar Lefkoşanın görməli və tarixi yerlərinə ekskursiyada iştirak ediblər.