Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


2021-2022-ci tədris ilinin təşkilinə dair brifinq keçirilib

Nazir bildirib ki, tədrisin gec başlaması ilə əlaqədar olaraq keçirilməyən dərs saatları tədris ili ərzində tətil günləri hesabına bərpa olunacaq.

08.09.2021 10:11
10
A+
A-

Sentyabrın 7-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinq keçirilib.

Brifinqdə təhsil naziri 2021-2022-ci dərs ilində ölkəmizin bütün təhsil müəssisələrində tədrisin mərhələli şəkildə ənənəvi təşkil olunacağını qeyd edib. O bildirib ki, ümumi təhsil müəssisələrinin I-IV sinifləri sentyabrın 22-dən ənənəvi şəkildə tədrisə başlayacaq. Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədrisə ənənəvi şəkildə start veriləcək.

Nazir bildirib ki, tədrisin gec başlaması ilə əlaqədar olaraq keçirilməyən dərs saatları tədris ili ərzində tətil günləri hesabına bərpa olunacaq.

Brifinqdə bütün təhsil müəssisələri və təhsil işçilərinin ənənəvi tədrisə tam hazır olduğu qeyd edilib, həmçinin təhsil müəssisələrində COVID-19 əleyhinə görüləcək tədbirlərdən danışılıb. Brifinqdə təhsil işçilərinin vaksinasiyasına da toxunulub. Bildirilib ki, hazırda təhsil işçilərinin 169 min 862 nəfəri vaksin olunub. 138 min 654 nəfər təhsil işçisi vaksinin hər iki dozasını qəbul edib.

ETİKETLƏR: