Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Aqroservis”in qalib əməkdaşları mükafatlandırıldı

Tədbirdə çıxış edən Fuad Məmmədov komitənin bu günə qədər keçirdiyi bu kimi müsabiqələrdən söz açıb və bildirib ki, həmin müsabiqələrin məqsədi öz işinin peşəkarı olanlara diqqət və qayğı göstərmək, onların əməyini stimullaşdırmaqdır.

08.09.2021 10:20
9
A+
A-

Kənd Təsərrüfatı Nazirliyinin  (KTN) Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə taxıl biçini mövsümündə elan etdiyi müsabiqə sona çatıb.

Cəmiyyətin baş ofisində keçirilən təqdimetmə mərasimində yüksək peşə hazırlığı, yükəsk əmək intizamı, birinci dövrdə əldə etdiyi nəticələrə cavab verən qaliblər mükafatlandırılıblar.

KTN-in Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov və “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini İlyas Həsənovun iştirak etdiyi mərasimdə ilin ən yaxşı mütəxəssisi Zeynəb Qurbanova, ilin ən yaxşı nümayəndəsi Aqşin Balabəyov, ilin ən yaxşı mühəndisi Raid Cəbrayılov, ilin ən yaxşı bölmə rəhbəri Aydın Hüseynov seçilib.

Tədbirdə çıxış edən Fuad Məmmədov komitənin bu günə qədər keçirdiyi bu kimi müsabiqələrdən söz açıb və bildirib ki, həmin müsabiqələrin məqsədi öz işinin peşəkarı olanlara diqqət və qayğı göstərmək, onların əməyini stimullaşdırmaqdır.

İ.Həsənov da çıxışında KTN-in Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətindən razılığını ifadə edib və vurğulayıb ki, işçilər həmkarların xətti ilə gerçəkləşən müxtəlif tədbirlərə böyük həvəslə qatılırlar.

Sonda qaliblərə plaket və pul mükafatı təqdim edilib.

ETİKETLƏR: