Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yeni anlaşma memorandumu imzalanıb

“Əgər biz davamlı inkişaf məqsədlərinə uyğun olaraq hamı üçün layiqli iş yaratmağa ciddi yanaşırıqsa , unutmamalıyıq ki, bu günün və sabahın iş yerləri ekosistemlərin qorunmasından asılıdır və biomüxtəlifliyin itkisinə həssasdır. Sadəcə olaraq, sağlam bir planet olmadan məhsuldar iqtisadiyyat və layiqli iş ola bilməz”, - deyə BƏT-in Baş direktoru Qay Rayder bildirib.  

08.09.2021 10:47
2
A+
A-

Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyi (İUCN) yeni anlaşma memorandumu imzalayıb.

Anlaşma memorandumu iki təşkilat arasında təşviq və dəstək məqsədilə, digər məsələlərlə yanaşı, yaşıl işlərin dəstəklənməsi , meşəbərpa investisiyaları hesabına layiqli iş yerlərinin yaradılması, torpaqların və su ehtiyatlarının qorunması, ətraf mühitin bərpası və iqlim dəyişikliyinə adaptasiya məqsədilə artıq davam edən əməkdaşlığı rəsmi şəkildə möhkəmləndirməyi nəzərdə tutur.

O, daha davamlı aqrar meşəçilik təcrübələri ilə kənd təsərrüfatının məhsuldarlığını və gəlirini artırmaq və ya şəhərin temperaturunu azaltmaq üçün şəhərin yaşıllaşdırılmasını təşviq etmək kimi əsas sosial problemləri həll etmək məqsədilə təbiətdən istifadə edən təbii həllərin əhəmiyyətini də vurğulayır. 1,2 milyarda yaxın iş yeri birbaşa ekosistemlərdən və onların təqdim etdiyi xidmətlərdən asılıdır ( istər qida və su ilə təminat, iqlim sisteminin tənzimlənməsi, istərsə də xəstəlik ötürücüləri ilə mübarizə). Eyni zamanda ekosistemlərin bərpası kimi getdikcə daha vacib fəaliyyətlər bir çox iş yeri yarada bilər.

“Əgər biz davamlı inkişaf məqsədlərinə uyğun olaraq hamı üçün layiqli iş yaratmağa ciddi yanaşırıqsa , unutmamalıyıq ki, bu günün və sabahın iş yerləri ekosistemlərin qorunmasından asılıdır və biomüxtəlifliyin itkisinə həssasdır. Sadəcə olaraq, sağlam bir planet olmadan məhsuldar iqtisadiyyat və layiqli iş ola bilməz”, - deyə BƏT-in Baş direktoru Qay Rayder bildirib.          “COVID-19-dan sonra bu bərpa yolunda təbiətə zərər verən investisiyalardan qaçınmaq lazımdır, bu isə o deməkdir ki, biz “adi Biznes”dən qaçmalıyıq. Bundan başqa, bərpaya qoyulan investisiyalar təbiətin qorunub saxlanmasına və bərpasına, həmçinin iqtisadi bərpa problemlərinin və daha geniş sosial problemlərin həllinə kömək etməlidir”, - deyə İUCN-in Baş direktoru Bruno Oberle bildirib.

Əmək sahəsi insanyönümlü və təbiətə əsaslanan iş yerləri, gəlir, yoxsulluğu azaltmaq və biomüxtəlifliyi və ekosistemləri bərpa edə biləcək qərarların formalaşmasında həlledici rol oynayır. Həm BƏT-in əmək sahəsinin gələcəyi haqqında Yüzilliyin Bəyannaməsində, həm də qlobal çağırışda COVID-19 böhranından sonra insana istiqamətlənmiş bərpa üçün hərəkətə keçilməsi vurğulanır ki, ətraf mühit əmək dünyasında dəyişiklikləri dəyişdirən əsas amillərdən biridir.

Hər iki təşkilatın güclü mövqeyi əmək sahəsində onun iqtisadi, sosial və ekoloji ölçülməsində davamlı inkişafa səbəb olan gələcəyə ədalətli keçidə yol açır.

ETİKETLƏR: