Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşçilərin beş tələbindən biri

Xüsusilə ən kasıb ölkələr üçün qlobal sosial müdafiə fondunun yaradılması hərzamankından daha aktualdır. Bütün hökumətlər sosial müdafiənin müsbət sosial və iqtisadi gəlirləri olan bir sərmayə olduğunu qəbul etməlidir.

08.09.2021 10:51
1
A+
A-

“Beynəlxalq Əmək Təşkilatının (BƏT) sosial müdafiə ilə bağlı yeni bir hesabatı bütün dünyada sosial müdafiə əhatəsində böyük boşluqlar olduğunu ortaya qoyur, insanların 47 faizinin, ümumiyyətlə, sosial müdafiəsi yoxdur, digər 22 faizi isə beynəlxalq əmək standartlarına uyğun olaraq tam müdafiə olunmur”.

Bunu Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Şaran Barrou deyib. O bildirib ki, bəzi ölkələr pandemiya ilə mübarizə üçün müvəqqəti tədbirlər tətbiq etsələr də, bu hesabat ümumilikdə nə qədər az irəliləyiş olduğunu göstərir. Bu, qlobal bir faciədir, çünki milyardlarla insan müdafiədən məhrumdur və dünya əhalisinin yalnız üçdəbiri lazımi səviyyədə qorunur.

Xüsusilə ən kasıb ölkələr üçün qlobal sosial müdafiə fondunun yaradılması hərzamankından daha aktualdır. Bütün hökumətlər sosial müdafiənin müsbət sosial və iqtisadi gəlirləri olan bir sərmayə olduğunu qəbul etməlidir.

Bu da pandemiya dövründə, xüsusilə də insanların özlərini və yaxınlarını yoluxduraraq yaşamaqdan ötrü işləmək üçün başqa bir seçimi olmadığı zaman ciddi bir ictimai səhiyyə problemidir.

Sosial müdafiə olmadan COVID-19, daha çox insanın həyatına son qoyaraq və planetdəki hər kəsi təhdid edə biləcək potensial olaraq, yeni variantlar yaratmağa davam edəcək. Bu səbəbdən universal sosial müdafiə yeni sosial müqavilə çərçivəsində işçilərin beş tələbindən biridir.

ETİKETLƏR: