Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Pandemiya yay istirahətinə təsir göstərə bilmədi neftçilərin  “Qusargöl”də unudulmaz günləri

Bildirdilər ki, hər bir işçi, ailəsi ilə birlikdə güzəştli qiymətlərlə “Qusargöl”də qısamüddətli istirahətə gedə bilər.

08.09.2021 11:10
4
A+
A-

Pandemiyanın gətirdiyi məhdudiyyətlərə baxmayaraq, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ittifaq üzvlərinin istirahət hüquqlarından bəhrələnmələri üçün bütün imkanlarından maksimum istifadə edir, müxtəlif məzmunlu, formatlı tədbirlər hazırlayıb həyata keçirir. Belə tədbirlərdən biri də yay mövsümü ilə bağlıdır. Hələ mövsümün əvvəlində Respublika Komitəsinin təşəbbüsü ilə Qusar rayonu ərazisində yerləşən “Qusargöl” İstirahət Mərkəzi ilə müqavilə imzalandı, sahə üzrə müəssisələrin həmkarlar ittifaqı komitələrinə bu barədə məlumat verildi. İlk həmkarlar ittifaqı təşkilatları müəssisə kollektivlərini söhbətlər, onlara paylanmış plakatlardan istifadə etmək vasitəsilə İstirahət Mərkəzində mövcud olan vəziyyətlə tanış etdilər.

Bildirdilər ki, hər bir işçi, ailəsi ilə birlikdə güzəştli qiymətlərlə “Qusargöl”də qısamüddətli istirahətə gedə bilər. Müraciətlər əsasında kollektiv şəkildə ilk turist səfərinə iyulun 7-də start verildi. Avqustun 31-dək bu imkandan, ailə üzvləri də daxil olmaqla, 820 nəfər istifadə etdi.

Respublika Komitəsi işçilərin və onların ailə üzvlərinin rahat gedişi və qayğısız dincəlməsi üçün əlindən gələni əsirgəmədi. Qusara yolasalma mərasimində Respublika Komitəsinin məsul işçiləri, ilk təşkilat sədrləri iştirak etdilər. Onlar vaxtaşırı növbə ilə “Qusargöl”də olur, neftçilərə göstərilən xidmətlə, məskunlaşdıqları otaqların rahatlığı, təchizatı ilə maraqlanırdılar. Söhbətlər aparır, problemlərinin olub-olmadığını öyrənirdilər.

Əlbəttə, bu cür ciddi yanaşma müqabilində hansısa problemin yaranacağından söhbət belə gedə bilməzdi.

Turistlər təkcə saf havanın, gözəl təbiətin, çeşidli yeməklərin dadını çıxarmaqla kifayətlənmir, maraqlı əyləncəli proqramlarda iştirak etməklə günlərinə unudulmaz anlar da qatırdılar.

ETİKETLƏR: