Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK sədri Babək rayonundakı Şəhidlər xiyabanını ziyarət edib, sakinlərlə görüşüb

Azərbaycan  xalqı indiyə qədər olduğu kimi, bu seçkilərdə də öz müdrik qərarını verəcək, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.

24.01.2024 11:17
6
A+
A-

Yanvarın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, AHİK-in sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov rayon mərkəzindəki Heydər Əliyev prospektində Ulu Öndərimizin əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ümumxalq Hüzn Günü ilə bağlı Babək rayon Şəhidlər Memorial Abidə Kompleksinə gələrək şəhidlərimizin xatirəsini anıblar, qəhrəman Vətən övladlarının əziz ruhlarına dualar oxunulub.

Sonra Babək rayon sakinləri ilə çay süfrəsi arxasında səmimi görüş olub. Əvvəlcə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AHİK sədri çıxış edərək bildirib ki, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək.

Səttar Möhbalıyev cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan böyük uğurlardan, demokratik dövlət quruculuğu prosesində geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən danışıb. İnam hissi ilə qeyd edib ki,  Azərbaycan  xalqı indiyə qədər olduğu kimi, bu seçkilərdə də öz müdrik qərarını verəcək, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.

Görüşdə çıxış edən rayon sakinləri fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.

ETİKETLƏR: