Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid ailələrinə qayğı şərəf işimizdir

Onların əmanəti bizim başımızın tacı, gözümüzün nurudur.

31.01.2024 13:12
3
A+
A-

2020-ci il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Məhz həmin il 30 illik torpaq həsrətimizə son qoyuldu. İşğal altında olan torpaqlarımız geri qaytarıldı. Lakin bu qələbəmiz bizə canlarını qurban vermiş Vətən oğullarımızın həyatı hesabına başa gəldi. Neçə-neçə analarımız oğulsuz, neçə-neçə gəlinlərimiz ərsiz, bacılar qardaşsız qaldı.

TİAHİ Nəsimi Rayon Komitəsi daim şəhid ailələrini diqqətdə saxlayır, əlamətdar günlərdə, bayramlarda onlara maddi və mənəvi dəstək olur. A. Rəhimov adına 247 №-li tam orta məktəbin müəllimi, şəhid  Süleyman Qarayevin həyat yoldaşı Şəlalə Qarayevanın doğum günü rayon komitəsində qeyd olunub. Çay süfrəsi arxasında keçən səmimi söhbətdən sonra Rayon Komitəsinin sədri Reyhan Ocaqova şəhid xanımını təbrik edərək onu Fəxri Fərmanla təltif etdi və hədiyyələr  təqdim edərək gələcək həyatında uğurlar arzuladı. Dedi ki, torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçmiş hər bir qəhrəmanımızın ruhu qarşısında baş əyirik. Onların əmanəti bizim başımızın tacı, gözümüzün nurudur.

ETİKETLƏR: