Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sosial dialoqun və kollektiv danışıqların möhkəmləndirilməsini tələb edirlər

Həmkarlar ittifaqları 2024-cü ildə keçiriləcək Konqresə hazırlıq məsələlərini də müzakirə ediblər.

15.09.2021 11:24
5
A+
A-

Rumıniyada uzun müdətdir ki, kollektiv danışıqlar sahəsində böhranlı vəziyyət hökm sürür. Ticarət sektoru çətin dönəm yaşayır. Hökumət sosial dialoqu pozaraq zəiflədib. Pandemiyadan daha böyük nümayişlərin qarşısını almaq və bir çox sektorda tətil hüququnu məhdudlaşdırmaq üçün istifadə edilmişdir. Məhdudiyyətlərin tezliklə aradan qaldırılacağı və danışıqların  başlayacağı gözlənilir.

Sentyabrın 8-9-da Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Birliyinin (EPSU) Baş katibi Jan Villem Goudrian bu problemləri müzakirə etmək və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının başçılığı ilə  Avropa Həmkarlar İttifaqlarının mümkün missiyası da daxil olmaqla ümumi yanaşmaları araşdırmaq üçün Rumıniya Həmkarlar İttifaqları ilə görüşüb.

Bildirilib ki, hökumətdə idarəçilik hazırda qeyri-sabit vəziyyətdədir. Vaksinasiya səviyyəsi yavaş-yavaş artdıqca, hökumət müəyyən işçi qruplarının məcburi peyvənd edilməsini istəyir. Həmkarlar ittifaqları bunun əleyhinədir. Həmkarlar ittifaqları metroda çalışan işçilərin işdən azad edilməsinə qarşı mübarizə aparır. Avropa Nəqliyyat və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Federasiyaları (ETF və EPSU) Rumıniya həmkarlar ittifaqını dəstəkləyir.

ETF və EPSU Rumıniyadakı vəziyyəti qənaətbəxş qiymətləndirmir və hesab edir ki, bu sosial dialoqa, AB-nin əsas hüquq və dəyərlərinə böyük zərbə vurur. Hökumət işçilərin hüquqlarını pozur və sosial dialoq çərçivəsində həmkarlar ittifaqları ilə görüşməkdən imtina edir.

Həmkarlar ittifaqları 2024-cü ildə keçiriləcək Konqresə hazırlıq məsələlərini də müzakirə ediblər.

ETİKETLƏR: