Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Zavodun fəaliyyətinin dayandırılması yüzlərlə işçinin iş yerini itirməsi ilə nəticələnəcək

San Lorensoda CGT qərargahında keçirilən mətbuat konfransından sonra SOEPU baş katibi Maurisio Brisuela deyib ki, biz zavodun kommunal zavod elan edilməsini istəyirik və tələblərimiz həllini  tapana qədər kampaniyaya davam edəcəyik.

15.09.2021 11:27
6
A+
A-

“DOW” Korporasiyası  Argentinadakı yeganə poliuretan zavodunu 2022-ci ilin mayına qədər bağlamaq niyyətindədir. Fəaliyyətin dayandırılması zavodda 120 nəfərin, ümumilikdə isə yüzlərlə işçinin iş yerini itirməsi ilə nəticələnəcək.

Puerto-Xeneral-San-Martində (Argentina) zavodun bağlanmasından sonra, “DOW” Braziliyada yerləşən zavod vasitəsilə bütün Cənubi Amerikanı təmin edəcək. Transmilli şirkətdən bildirilib ki, bu qərarın iqtisadi böhranla heç bir əlaqəsi yoxdur, zavod uğurla işləyir, mənfəət əldə edir və ölkə iqtisadiyyatında əsas rol oynayır. Firmanın bu addımı, digər ölkələrdəki fabrikləri əhatə edən qlobal yenidən qurulmanın bir hissəsidir.

Zavodun bağlanmasının elan edilməsindən sonra San Lorenso Ümumişçilər Həmkarlar İttifaqı (CGT), “DOW -da SOEPU-ya (neft-kimya işçiləri həmkarlar ittifaqı birliyinə) dəstəyini ifadə etdi və fəaliyyətə keçməyə hazır olduğunu bildirdi. Həmkarlar ittifaqları ortaq həll tapmaq üçün firmanın nümayəndələrini dialoqa çağırdı.

CGT baş katibi Xesus Monson bildirib ki, təmsil etdiyi qurum həmkarlar ittifaqına kömək etməyə və bütün lazımi tədbirləri görməyə hazırdır. “DOW” danışıqlar aparmaq istəmir və işçiləri işdən çıxarıb zavodu bağlamaq niyyətindədir. Göründüyü kimi, “DOW” inhisarını və qiymət nəzarətini qorumaq istəyir və potensial rəqiblə danışıqlara hazır deyil.

San Lorensoda CGT qərargahında keçirilən mətbuat konfransından sonra SOEPU baş katibi Maurisio Brisuela deyib ki, biz zavodun kommunal zavod elan edilməsini istəyirik və tələblərimiz həllini  tapana qədər kampaniyaya davam edəcəyik.

İşçilər iş yerlərini saxlamaq istəyirlər və digər şirkətləri fabrikin idarəçiliyini öz üzərlərinə götürməyə çağırırlar. Artıq bir neçə şirkət bu təklifə müsbət yanaşdığını bildirib.

İndustriALL-ın kimya, əczaçılıq, sellüloz, kağız və rezin sənayesi üzrə direktoru Tom Qrinter bildirib ki, “DOW” -dakı SOEPU həmkarlar ittifaqı beynəlxalq həmkarlar ittifaqının əsas şəbəkəsindən biridir. “USW” tərəfindən idarə olunan şəbəkə, İndustriALL Qlobal İttifaqından tam dəstək alır. Zavodun fəaliyyət göstərməsi üçün mübarizə aparan dostlarımızla bir yerdəyik.

ETİKETLƏR: